Belediyye.infonun ekspress sorğusunu Zakatala rayonu Lahıc bələdiyyəsinin sədri Səfiyyə Atayeva cavablandırır:
Bələdiyyənizə aid olan xəritə əmlak Məsələləri Dövlət xidməti tərəfindən Sizə təqdim edilibmi? Təqdim edilməyibsə bununla bağlı hansı addım atmısnız? Ümumiyyətlə, bununla bağlı son vəziyyət haqqında nə deyə bilərsiniz?
-əəssüf ki, xəritələr tam təhvil olunmayıb.
Ötən illə müqayisədə cari ildə büdcə gəlirləri barədə nə deyə bilərsiniz? Bu iki maliyyə ilinin müqayisəli təhlili aparılıbmı?
-Ötən ildə gəlir proqnozda nəzərdə tutulandan 3 dəfə az olub. Bu il vergi müfəttişlərinin sayəsində nisbətən vergilərin həcmi artıb.
ən çox artım və ən çox azalma hansı maliyyə istiqamətində olub?
- Artım əmlak və torpaq vergilərinin yığılması ilə bağlı olub.
ən yüksək borcu olan vergi ödyiciləriylə bağlı hansı addım atırsınız?
-Bu il icra probasiyaya müraciət edəcəyik ki yüksək vergi borcu olanları vergiyə cəlb edək.
DSMF-yə və digər qurumlara borcunuz yoxdur ki, əgər varsa nə qədərdir?
- DSMF yə borcumuz 1.800 manat.
ərazidə nə qədər vergi ödəyiciniz var? Vergi uçotu necə qurulub?
-650 nəfər vergi ödəyicimiz var. BAMS sistemi ilə uçot aparılır.
ərazidə sənədsiz mənzillər ümumi rəqəmin neçə faizini təşkil edir?
-90% evlərin sənədləri yoxdur. Yalnız həyətyanı torpağın sənədi var.
Bələdiyyə sədri kimi bələdiyyələrin qarşılaşdığı hansı problemin ilk olaraq həll edilməsini istərdiniz
- ən çox xəritələrlə bağlı problemin həllini istərdik. Elektron xəritələri istifadəmizə versələr daha yaxşı olar.
Belediyye.info